Bədii gimnastika üzrə Bakı şəhər açıq çempionatı

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda Spartak İC, İOEUGGM, RKİM, Neftçi İKİB, Nizami r-nu UGYS, AR DİN, Ocaq İK, Zirvə İK, Sərhədçi İOM, Şağan OİK-nı təmsil edən 122 idmançı iştirak etmişdir. Yarışın nəticələrinə görə 2006-cı il təvəllüdlülər arasında I yerə Əsədova Cahan (Neftçi İKİB), II yerə Məmmədova Elmira (İOEUGGM), III yerə Yusifzadə Fidan (Ocaq İK), 2005-ci il təvəllüdlülər arasında I yerə Hacızadə Selcan (RKİM), II yerə Cabbarova Elnarə (İOEUGGM), III yerə Aslanlı Rəhiməxanım (İOEUGGM), 2004-cü il təvəllüdlülər arasında I yerə Cəlilova Arzu (Neftçi İKİB), II yerə Səmədova Nərminə (RKİM), III yerə Bəşirova Zərifə (İOEUGGM), 2003-2002-ci il təvəllüdlülər arasında I yerə Luzan Yelizaveta (Ocaq İK), II yerə Qurbanova Narın (Spartak İC), III yerə Həsənzadə Vəfa (Neftçi İKİB), yuniorlar arasında I yerə Piriyeva Jalə (RKİM), II yerə İbrahimova Leyli (Spartak İC), III yerə Mustafayeva Mədinə (İOEUGGM) layiq görülmüşlər.

    I, II və III yerə çıxmış idmançılar Baş İdarə tərəfindən mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir