Cüdo üzrə “IV Qafqaz Oyunları” beynəlxalq turnir keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə “IV Qafqaz Oyunları” beynəlxalq turniri keşirilmişdir. Turnirdə Rusiya və Gürcüstandan gələn idmançılar da iştirak etmişlər. Turnirdə 129 nəfər idmançı iştirak etmiş, idmançılar 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, +66 kq çəki dərəcələrində mübarizə aparmışlar. Yarışın açılışı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev tərəfindən həyata keçirilmişdir. Yarışda 30 kq çəki dərəcəsində Quliyev Rəşad (AZE) , 34 kq- Bağırov Elvin (AZE), 38 kq- Tahirov Rəhim (AZE), 42 kq- Bağışov İlham (AZE), 46 kq- Baxşəliyev Xaliq (AZE), 50 kq- Eyvazov Məhərrəm (AZE), 55 kq- Abbaslı Fuad (AZE), 60 kq- Əyyubov Fazil (AZE), 66 kq- İsmayılov Rza (AZE) , +66 kq- Eyvazov Ümid (AZE) I yerə layiq görülmüşlər.
Yarışda qaliblərə və mükafatçılara kubok, medal və xatirə hədiyyələri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təqdim olunmuşdur.