Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunmuşdur

 

  20 oktyabr 2012-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qobustan Dövlət Tarixi Bədii Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan I kurs tələbələrinin  ekskursiyası təşkil edilmişdir.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

Qoruğun bələdçisi tələbələri qoruqla bağlı tam məlumatlandırdıqdan sonra, tələbələr qoruq ərazisində yerləşən qədim rəsm nümunələrinə baxış keçirmişlər.

Ekskursiyada iştirak edən 30-a yaxın tələbələrlə yanaşı mətbuat nümayəndələri də iştirak etmişdirlər.

One thought on “Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunmuşdur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir