Sosial müdafiyəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilmişdir.
Nərimanov rayonunda yerləşən Atrium otelində sosial müdafiyəyə ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi keçirilmişdir. Şənliyin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etmişlər.
Tədbirdə 100-ə yaxın uşaq iştirak edib. Tədbir konsert və bayram süfrəsi ilə davam etmişdir.