Futbol üzrə keçirilən Bakı şəhər kubokuna yekun vurulmuşdur.

 

   01 – 22 oktyabr 2012 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı şəhərinin rayon stadionlarında futbol üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon Yasamal, Nəsimi, Nizami, Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Qaradağ, Səbail, Xətai, Nərimanov komandaları  mübarizə aparmışdır.

  Gərgin mübarizə şəraitində keçən oyunlarda finala Xəzər rayonunun “Zirə” komandası və Qaradağ rayonunun “Lökbatan” komandası çıxmışdir.”Zirə” – “Lökbatan” komandaları arasında gedən mübarizədə hesab 2:2 olduğuna  görə qalib 11 metrlik cərimə zərbələrindən sonra təyin olunmuşdur. Beləliklə, 5:3 hesabı ilə “Zirə” komandası qalib gələrək Bakı şəhər kubokuna layiq görülmüşdür.Nərimanov – Səbail komandaları arasında gedən mübarizədə isə Nərimanov komandası 3:1 hesabı ilə qalib gələrək III yerə  çıxmışdır.

  Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən kubok, muvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir