Raqif Abbasov: “Birinci Avropa Oyunları dünyanın yaddaşında qalan idman bayramı olacaq” AÇIQLAMA

     “İlk dəfə keçiriləcək Avropa Oyunlarına 150 gün qalmış paytaxtda silsilə tədbirlərin, toplantıların və layihələrin keçirilməsi nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, hazırlıq işləri barədə danışıb: “Birinci Avropa Oyunları zamanı Olimpiya Kəndində müxtəlif layihələrin gerçəkləşdirilməsi istiqamətində işlər gedir. Yaxın bir ay yarım ərzində bu layihələr hazır olacaq. Paytaxtda təmir-tikinti, bərpa işləri cədvəl üzrə davam etdirilir. Könüllülərin koordinasiyası, ayrı-ayrı istiqamətlərdə hazırlığı uğurla həyata keçirilir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt yarışları ilə yanaşı, bir sıra digər tədbirlərdə də daima Birinci Avropa Oyunları ilə bağlı maarifləndirmə işləri aparır. Kütləvi informasiya vasitələrində reklam məhsullarının təbliğinə diqqət ayrılır. Müxtəlif ölkələrdə Birinci Avropa Oyunlarının təqdimetmə mərasimi keçirilib və belə tədbirlər davam etdirilir. Yarışlar və tədbirlərin gerçəkləşəcəyi dövrdə könüllülərin paytaxtdakı insanlarla işinin koordinasiyası, açılış və bağlanış mərasimləri, kütləvi səhnələrin hazırlığında paytaxt gənclərin iştirakının təmin edilməsi prosesi davam etdirilir.

    Birinci Avropa Oyunları ölkə vətəndaşlarının, turistlərin, azarkeşlərin, dünyanın uzun müddət yaddaşında qalacaq böyük idman bayramı olacaq”.

One thought on “Raqif Abbasov: “Birinci Avropa Oyunları dünyanın yaddaşında qalan idman bayramı olacaq” AÇIQLAMA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir