Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İKİB-nin atıcılıq tirlərində   güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Turnirdə “Spartak” İC, “Neftçi” İKİB və FHN-ni təmsil edən 34 idmançı  iştirak etmişdir.

   Nəticələrə görə PT-3 hərəkəti üzrə  Quluzadə Rübabə  (Spartak İC), PTÇ-2 hərəkəti üzrə  Nəsirova Nigar (“Neftçi” İKİB), KÇTÇ  hərəkəti üzrə Nəsirova Nigar (“Neftçi” İKİB), PT-4 hərəkəti üzrə Hüseynov Əliməmməd (“Spartak” İC), PTÇ-3 hərəkəti üzrə Lunyov Ruslan (“Neftçi” İKİB), KÇTÇ-4 hərəkəti üzrə  Lunyov Ruslan (“Neftçi” İKİB) I yerlərə layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir