“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi

    Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXV ildönümünə həs olunan konfrans və “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.  Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim,  Milli Məclisin sosial siyasət komitəsinin səhiyyə və idman üzrə eksperti Vüqar Fərzizadə, 20 yanvar fondunun sədri Şövqü Bünyadzadə, 20 yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə və başqa qonaqlar iştirak etmişlər. Tədbir 20 yanvar faciəsində şəhid olanları 1 dəqiqəlik sükutla və tədbir iştirakçılarının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış və 20 yanvar faciəsinə həsr edilən video çarx nümayiş edilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Raqif Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimiz şəhidlərin qanı bahasına başa gəlib: “Bu cür silsilə tədbirlər keçiriləcək. Həmçinin 20 yanvar ərəfəsində rəsm müsabiqəsinin qaliblərinin də mükafatlandırma mərasimi baş tutacaq. Gənclərimiz Azərbaycan tarixini yaxşı mənimsəməli, qəhrəmanlarımızın şücaətini hər zaman dəqiqliklə bilmələri çox vacib şərtlərdəndir. Bu gün 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında tələbə hərəkatının da çox böyük rolu var. Mən tələbə hərəkatını Qarabağ məsələsi və 20 Yanvarla bağlı məsələlərin dünyaya çatdırılmasında  fəal olmağa çağırıram. Yəni, gənclər  mövqeləri daxilində savadla, elmlə ümumi faktlara əsaslanaraq mübarizə aparsa biz qalibiyyətə  daha tez yaxınlaşarıq və torpaqlarımızın azad olunmasına nail olarıq”.

   Daha sonra “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin mükafatlandırması keçirilmişdir.  Onu da qeyd  edək ki, müsabiqə Bakı şəhərinin 11 inzibati  rayonu arasında keçirilib. Rayon mərhələsində qalib olan inşalar Bakı mərhələsində iştirak ediblər. I, II və III yeri tutmuş və fərqlənmiş iştirakçılar Baş İdarə tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

I yer Qurbanova Həvva (Xətai rayonu) 

II yer Quliyev Orxan (Xəzər rayonu)

III yer Abbasov Əziz (Qaradağ rayonu)

Fərqlənmiş Ağayeva Nəzrin Səbail rayonu

Fərqlənmiş Rzayev Ramal Nəsimi rayonu

Fərqlənmiş Məmmədov Fərid Yasamal rayonu

Fərqlənmiş Hacıyeva Gültəkin Nərimanov Rayonu

Fərqlənmiş Qarayeva Səma Binəqədi rayonu

Fərqlənmiş Xanəliyeva Nərminə Nizami rayonu

Fərqlənmiş Qəhrəmanova Aytac Suraxanı rayonu

Fərqlənmiş Sultanova Ayğül Xətai rayonu

Fərqlənmiş Həsənova Nərmin Sabunçu rayonu 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir