Aerobika gimnastikası üzrə Bakı şəhər çempionatı və birinciliyi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasının Kupol salonunda aerobika gimnastikası üzrə Bakı şəhər I çempionartı və birinciliyi keçirilmişdir. Yarışda “Ocaq Sport” İK-nu təmsil edən 32 idmançı mübarizə aparmışdır. Yarışın nəticələrinə görə 2004-2006-ci il yaş qrupu arasında I yerə Fəridə Ağayeva, II yerə Xədicə Quliyeva, III yerə Leyla Bejanova, 2001-2003-cü il yaş qrupu arasında I yerə Fatimə Babayeva, II yerə Əminə Zamanova, III yerə Mələk Kərimova, böyüklər yaş qrupu arasında I yerə Anastasiya Koltunova, II yerə Yekaterina Kotlyarova, III yerə Aleksandra Qorobçuk layiq görülmüşlər.

   I, II və III yerə çıxmış idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir