Bakı şəhəri üzrə statistik hesabatların tamamlama işləri gedir

9 fevral 2015-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında 2014-cü ilin yekunlarına görə paytaxtın bədən tərbiyəsi və idman təşkilatlarından statistik hesabatların qəbulu və yoxlanması üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir. İclasda Baş İdarənin əməkdaşlarından ibarət işçi qrupunun üzvləri, həmçinin rayon Gənclər və idman idarələrinin məsul əməkdaşları iştirak etmişlər. Toplantıda paytaxtda fəaliyyət göstərən tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatların müvafiq rayonlar üzrə təqdim edilmiş statistik hesabatların yekunlaşdırılaraq vaxtında təqdim edilməsi vurğulanmış, həmçinin ötən il ərzində yerlərdə yeni istifadəyə verilmiş idman qurğularının hesabatda öz əksini tapması qeyd olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir