ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR KOMANDA ÇEMPİONATININ QALİBİ SƏBAİL–1 KOMANDASI OLDU

10 fevral 2015-ci il tarixdə Bakı şəhəri üzrə 2 №-li UGŞİM-də şahmat üzrə Bakı şəhər komanda çempionatı sona çatdı. Yarışda 8 komanda tərkibində 40 nəfər (onlardan 9 nəfəri qızlardır) I dərəcəli şahmatçı iştirak etmişdir.

Baş hakim Fərid Zeynalovun rəhbərliyi ilə 7 turdan ibarət dairəvi sistem üzrə keçirilən yarışın yekun nəticəsinə görə Səbail-1 komandası 14 (32) xalla I yeri, Nəsimi-1 komandası 10 (21) xalla II yeri, HİRŞDK komandası 9 (19) xalla III yeri, Səbail-2 komandası 9 (19) xalla IV yeri, RİOEUGŞM komandası 5 (15) xalla V yeri, Səbail-3 komandası 5 (15) xalla VI yeri, Binəqədi komandası 2 (9,5) xalla VII yeri və Nəsimi-2 komandası 2 (9) xalla VIII yeri tutmuşlar.

I yerləri I lövhə üzrə 6,5 xalla Mustafin Andrey (Səbail – 1), II lövhə üzrə 6,5 xalla Əhmədzadə Əhməd (Səbail – 1), III lövhə üzrə 5,5 xalla İsmayılov Muhəmməd (Səbail – 1), IV lövhə üzrə 6,5 xalla Mehdiyev Rəşad (Səbail – 1) və V lövhə üzrə 7 xalla Mürsəlli Mətin (Səbail – 1) tutmuşlar.

Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən bu tipli yarışların böyük rol oynadığını bildirmiş, qalibləri təbrik etmişdir.
Sonda qalib komandaların üzvləri, həmçinin lövhələr üzrə I yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir