12 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT YARIŞINA START VERİLDİ

27 fevral 2015-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2003 – 2004-cü il təvəllüdlü (12 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliynə start verilmişdir. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Əlifba” UTE, “Gənclik” ŞK və Respublika Şahmat Klubunu təmsil edən 64 nəfər idmançı (onlardan 25 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilir. Yekun nəticələrə əsasən oğlanlar arasında ilk 5 yeri tutmuş idmançı və qızlar arasında ilk 4 yeri tutmuş idmançı iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir