“Bakı-2015 I Avropa Oyunları-100 gün” və “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş toplantı keçirilmişdir.

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin akt zalında “Bakı-2015 I Avropa Oyunları-100 gün” və “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, millət vəkili Ülvi Quliyev, “İnter” Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının  qalibi Elnur Məmmədli, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər rəsmi qonaqlar iştirak etmişlər. Toplantıdan öncə akt zalının foyesində Bakı-2015 I Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi nümayiş edilmişdir.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək  bədən tərbiyəsi və idman günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. O öz çıxışında qeyd etmişdir ki: “ Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qaygı  nəticəsində idmançı olmaq çox şərəfli bir peşəyə çevrilmişdir. Son illər idman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. Azərbaycanda idmanın inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Bu inkişaf  həm gənclərimizi sağlam, möhkəm iradəli, həm də vətənpərvər kimi yetişdirmək məqsədini daşıyır.”

Tədbirdə bir qrup idman ictimaiyyəti nümayəndələri fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmış və sonda “Bakı- 2105 I Avropa oyunları”na həsr olunmuş film nümayiş etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir