XƏTAİ RAYONUNDA “5 MART -BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ” QEYD OLUNDU

Xətai rayonu 269 nömrəli tam orta məktəbdə “5 mart – Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəbin direktoru Alla Vəzirova və digər rəsmi şəxslər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında voleybol üzrə yarışların final oyununu izləmişlər. Sonra Xətai rayon məktəbliləri arasında XXVI spartakiadanın yekunlarına görə qalib məktəblərin, həmçinin paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol növü üzrə yarışda ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər qalib komandanın üzvlərini və məşqçi-müəllimləri əldə olunan yüksək nəticələr və qarşıdan gələn “5 mart – Bədən tərbiyəsi və idman günü” münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir