Gənclər üçün Peyntbol – tir yarışması keçirilib

 “5 mart Bədən tərbiyəsi və idman günü”nün 10 illiyi münasibəti ilə Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tədris müəssisələrinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə peyntbol-tir yarışı keçirilib.

 Tədbirin açılış mərasimində Müdafiə Nazirliyinin Polkovniki Nazim Əlibəyov,  Azərbaycan Peyntbol Federasiyasının prezidenti, milllət vəkili Əli Hüseynli, Gənclər və İdman Nazirliyinin nümayındəsi Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəsi müavini Rəşad Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Prezidenet təqaüdçüləri qrupunun rəhbəri Təbriz Raufoğlu çıxış edib.  Yarışmada Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan prezident təqaüdçüləri iştirak edib. Bütün İştirakçılara təşkilatçıların sertifikatı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir