NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş mini-futbol oyunu keçirilmişdir. Yarışmada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrindən ibarət “Gənclik” komandası qarşılaşmışlar. Açılış mərasimində Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Araz Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın futbol növü üzrə koordinator-kuratoru Adil Ağayev, Baş İdarənin əməkdaşları Salman Əbdülov və Cəlil Əlizadə, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Ağamir Ağamirov iştirakçıları bayram münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. Olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmada 10 – 9 hesabı ilə Tərbiyə Müəssisəsinin komandası qalib gəlmişdir. Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir