“Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda toplantı keçirilib

    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə imzaladığı tədbirlər planına əsasən aprelin 2-də “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda toplantı keçirilib.

  Toplantıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə  şöbə müdiri İndira Hacıyeva, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və rəis müavinləri, sektor müdirləri, İnzibati rayon  Gənclər və İdman Baş İdarələrinin rəisləri, Azərbaycan Respublikası Milli Şuranın sədri, İrəli İctimai Birliyinin nümayəndələri,  Tələbə Gənclər Təşkilatları, Azərbaycan Rus İcmasının nümayəndələri, Azərbaycan Tatar Gənclər Mərkəzi İctimai Birliyinin sədri, Makkabi Yəhudi İctimai Birliyinin sədri, KİV nümayəndələri iştirak ediblər.

   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbiri açaraq ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. O, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı həyata keçirdiyi işlərdən danışıb.
M.Qurbanlı dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

  M.Qurbanlı Bakıda keçiriləcək ilk Avropa Oyunlarına da münasibət bildirib. O deyib ki, hazırda mətbuatda bu oyunları gözdən salmaq üçün yazılar gedir: “Bunlar boş, mənasız yazılardır. Bu oyunların Azərbaycana siyasi və mənəvi xeyirləri var.”

  Toplantının sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir