8 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2007-ci il təvəllüdlü (8 yaşadək) və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Əlifba” UTE, “Neftçi” İK İB, “Ay Ulduz” İK və Respublika Şahmat Klubunu təmsil edən 62 nəfər idmançı (onlardan 30 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 8,5 xalla Səmədov Read (HİRŞDK), II yeri 6,5 xalla Züqanov Əli (RİOEUGŞM), III yeri 6 xalla (əmsal 34,0) Süleymanov Əli (RİOEUGŞM), qızlar arasında I yeri 9 xalla Heydarlı Nurtac (2 №-li UGŞİM), II yeri 8 xalla Məhərrəmova Xumar (“Əlifba” UTE), III yeri 6 xalla (əmsal 35,0) Abdullayeva Fidan (RİOEUGŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6 xalla (əmsal 32,5) tutmuş Sikaçevskiy Timur (2 №-li UGŞİM), V yeri 6 xalla (əmsal 29,0) tutmuş Mustafazadə Fikrət (RİOEUGŞM), VI yeri 6 xalla (əmsal 28,5) tutmuş Mirişli Rəvan (1 №-li İOEUGŞDİM), həmçinin qızlar arasında IV yeri 6 xalla (əmsal 33,0) tutmuş Səmədli Nərgiz (RİOEUGŞM), V yeri 6 xalla (əmsal 29,0) tutmuş Zeynalova Məryam (RİOEUGŞM) və VI yeri 6 xalla (əmsal 29,0) tutmuş Əliyeva Banu (RŞK) da bu ilin may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında Sikaçevskiy Timur (2 №-li UGŞİM) 6 xal, Mirişli Rəvan (1 №-li İOEUGŞDİM) 6 xal, Qasımov Tahir (2 №-li UGŞİM) 5,5 xal, Məmmədov Əkrəm (3 №-li UGŞİM) 5 xal toplayaraq II (ikinci) dərəcə normasını və qızlar arasında keçirilən yarışda Səmədli Nərgiz (RİOEUGŞM) 6 xal, Zeynalova Məryam (RİOEUGŞM) 6 xal, Əliyeva Banu (RŞK) 6 xal, Məmmədli Nigar (RŞK) 6 xal, Nağıyeva Ləman (RİOEUGŞM) 5 xal toplayaraq III (üçüncü) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
Qaliblərimizi təbrik edirik !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir