10 yaşadək şahmatçıların Bakı birinciliyi başa çatdı

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2005-2006-cı il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Əlifba” UTE, “Ay Ulduz” İK və Respublika Şahmat Klubunu təmsil edən 59 nəfər idmançı (onlardan 26 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 8 xalla Əliyev Sənan, II yeri 7 xalla Salamov Mətin, III yeri 6,5 xalla Süleymanlı Aydın, qızlar arasında I yeri 8,5 xalla Taba-Tabai Mehin, II yeri 7 xalla Ağayeva Lalə, III yeri 6 xalla (əmsal 32,0) İsmayılova Stefaniya tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6 xalla (əmsal 31,5) tutmuş Aslanov Səməd, həmçinin qızlar arasında IV yeri 6 xalla (əmsal 32,0) tutmuş Cəfərova Nərminə və V yeri 6 xalla (əmsal 30,0) tutmuş Həmidova Sara da bu ilin may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında Qocayev Emil (3 №-li UGŞİM) 6 xal toplayaraq I (birinci) dərəcə normasını və qızlar arasında keçirilən yarışda Ağayeva Lalə (1 №-li İOEUGŞDİM) 7 xal, Əliyeva Röya (2 №-li UGŞİM) 5,5 xal toplayaraq II (ikinci) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir