Soçi şəhərində I Ümumdünya Gənc Vətənpərvərlərin Oyunları keçirilmişdir.

  Rusiya Federasiyasının Soçi şəhərində  I Ümumdünya Gənc Vətənpərvərlərin  Oyunları  keçirilmişdir. 32 ölkənin iştirak etdiyi oyunlarda Azərbaycan yığma komandası basketbol, voleybol,  şahmat idman növləri üzrə təmsil olunmuşdur. Yüksək əzmkarlıq göstərən Azərbaycan yığma komandası ümumi  komanda hesabinda şahmat üzrə II yeri, basketbol və voleybol üzrə oyunlarda isə IV yeri tutmuşlar.

  Həmçinin ezam olunmuş nümayəndə heyəti tərəfindən Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə digər ölkələrin nümayəndələrinə ölkəmiz haqqında geniş məlumat verilmiş və nümayəndə heyətlərinin rəhbərlərinə I Avropa Oyunları ilə bağlı suvenir və xatirə hədiyyələri təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir