Erməni məsələsi ilə bağlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib

 Bu gün Azərbaycan Dillər Universitetində tarixçi, rəssam Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı və Milli Məclisin deputatı Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı ingilis dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.Tədbir zamanı Milli Məclisin deputatları, tarixçilər, ictimai xadimlər çıxış ediblər.

  Sonra Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı hazırlanmış sənədli film və “Çanaqqala Türküsü” klipinin təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov, əməkdar artist Sevda Ələkbərzadə və “ASAN Xidmət”-in dəstəyi ilə gerçəkləşən layihə haqqında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış etmiş, Azərbaycan və Türk hərb tarixindən tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir