“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

 Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir. Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparmışlar.

Gənclər və İdman, Təhsil və Müdafiə  nazirliklərinin nümayəndələrinin və məktəb şagirdlərinin valideynlərinin iştirak etdikləri tədbirdə BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, liseyin rəhbərliyi çıxış edərək gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, komanda düşüncə tərzinin təbliğində, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında ənənəvi “Şahinlər” hərbi-idman oyununun əhəmiyyətindən danışmışlar.

 Sonra komandalar təntənəli marşla tribuna önündən keçmişlər və onların sıra hazırlığı səviyyəsi yoxlanılmışdır.
Yarışda “şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdirmişlər. Yarışın nəticələrinə görə I yeri Nizami rayonu , II yeri Xətai rayonu, III yeri isə Suraxanı rayonu tutmuşdur. Yarışda ilk üç yeri tutan komandalar  C.Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilmişdir.

One thought on ““Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir