XXVII SPARTAKİADANIN DÖRDNÖVÇÜLÜK (OĞLANLAR) ÜZRƏ YARIŞI BAŞA ÇATDI

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan oğlanlar arasında dördnövçülük növü üzrə yarış keçirilmişdir. Yarışın proqramına 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma və 800 m məsafəyə kross qaçışı növləri daxildir. Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Əbdülov Salman iştirakçıları salamlamış, onlara yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışın nəticəsinə görə I yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, II yeri Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin komandası, III yeri Yasamal rayonu Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin komandası, IV yeri Qaradağ rayonu 319 nömrəli tam orta məktəbin komandası, V yeri Xətai rayonu 249 nömrəli tam orta məktəbin komandası, VI yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, VII yeri Səbail rayonu 329 nömrəli tam orta məktəbin komandası, VIII yeri Binəqədi rayonu 83 nömrəli tam orta məktəbin komandası, IX yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası, X – XI yerləri Xəzər və Nizami rayonlarının komandaları tutmuşlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar) və dördnövçülük (oğlanlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 29 xalla I yeri, Xətai rayonu 35 xalla II yeri, Sabunçu rayonu 38 xalla III yeri, Səbail rayonu 42 xalla IV yeri, Suraxanı rayonu 52 xalla V yeri, Qaradağ rayonu 61 xalla VI yeri, Yasamal rayonu 62 xalla VII yeri, Nəsimi rayonu 69 xalla VIII yeri, Binəqədi rayonu 71 xalla IX yeri, Xəzər rayonu 86 xalla X yeri və Nizami rayonu 110 xalla XI yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir