9-cu sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turniri keçirilmişdir.

 

Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin stadionunda “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turniri keçirilmişdir.

Qeyd edək ki, turnirdə hər birində 12 nəfər olmaqla 16 komanda qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin mübarizə şəraitində keçən yarışda 126 №li tam orta məktəbin komandası I yeri, 244 №li tam orta məktəbin komandası II yeri, 3 №li tam orta məktəbin komandası III yeri tutmuşdur.

Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir