Oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

   Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən AzDBTİA-nin stadionunda 2000-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 115 nəfər idmançı mübarizə aparmışdır. Qızıar arasında I yerə 100 m məsafədə Pextireva Yelena (Təhsil -5), 200 m məsafədə Pextireva Yelena (Təhsil-5), 400 m məsafədə Məmmədova Nika (Təhsil-5), 800 m məsafədə Hacıyeva Aidə (Məhsul İC), 1500 m məsafədə Hacıyeva Aidə (Məhsul İC), yadro növü üzrə Musayeva Fatimə (Təhsil RİM), uzunluga tullanmada Şükürova Arzu (Ümid İK), oğlanlar arasında isə I yerə 100 m məsafədə Quluzadə Riyad (Atletika), 200 m məsafədə Qurbanov Qadir (Təhsil-1), 400 m məsafədə Abışov İlham (Təhsil-5), 800 m məsafədə Seyidov Rüstəm (Təhsil-1), 1500 m məsafədə Seyidov Rüstəm (Təhsil-1), yadro növü üzrə Babayev Nurəhməd (Təhsil-1), üçtəkanla tullanmada Məmmədov Güvən (Təhsil-5), uzunluğa tullanmada Talıbov Füzuli (Neftçi İKİB) layiq görülmüşlər

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir