Raqif Abbasov: “Qarayaxma kampaniyası aparanlar niyyətlərinə çata bilməyəcəklər”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alovlandırdığı “Bakı-2015” I Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrini gəzdirilir. Məşəlin səyahətində idmançılar, ziyalılar, yaşlı nəsil, hərbiçilər, müəllimlər, fəhlələr, uşaqlar, bir sözlə hər kəs aktiv iştirak edir. Minlərlə vətəndaş bu prosesə cəlb olunub”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi (BŞGİBİ) Raqif Abbasov deyib. Onun sözlərinə görə, məşəlin səyahətinin KİV-də işıqlandırılması bu möhtəşəm idman bayramının bütün Azərbaycanı əhatə etməsini, bölgələrimizdə abadlıq quruculuq işlərini, zəngin mədəni irsimizi, mətbəximizi, folklorumuzu, tarixi abidələrimizi dünyaya nümayiş etdirir. Baş İdarəsinin rəisi qeyd edib ki, Bakıda keçiriləcək I Avropa Oyunları bundan sonra baş qa ölkələrdə təşkil olunacaq Avropa Oyunları üçün gözəl irs qoyacaq.

“I Avropa Oyunları məşəlinin səyahəti davam etməkdədir. Oyunların başlanmasına artıq az bir zaman qalıb. Məşəl açılış günü Bakı Olimpiya Stadionuna gətiriləcək. Azərbaycan hər bir işi mükəmməl yerinə yetirməyə çalışır və buna nail olur. Əminik ki, “Bakı-2015” I Avropa Oyunları da yadda qalan, mötəbər, idman tarixində xüsusi önəm daşıyacaq və yer tutacaq bir tədbir olacaq”.

R. Abbasov “Bakı-2015” I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılmasına da münasibət bildirib: “Prezident İlham Əliyevin Azərbaycanın tanıdılması, ölkə həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş işi bu gün öz bəhrəsini verir. Sülhə, demokratiyaya, inkişafa dəyər verən bütün şəxslər, aparıcı mütəxəssislər, ayrı-ayrı beynəlxalq instutlar, bir sözlə, bütün dünya Azərbaycan həqiqətlərini görür və dəstəkləyir. Təəssüflər olsun ki, dünyada, həmçinin Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr var. Dünyanın ayrı-ayrı məkanlarında gedən müharibələr  orada inkişafın olmadığını göstərir. İdmana yetərincə diqqət ayrılmayan yerlərdə bəzi dırnaqarası mütəxəssilər Azərbaycandakı Avropa Oyunlarına qarayaxma kampaniyası həyata keçirirlər. Aydın məsələdir ki, bu, Azərbaycana həsəd aparan, inkişafımızı görmək istəməyən və erməni lobbisinin maliyyə vəsaitlərinin hesabına heç bir hüquqi əsası olmayan, gerçəklikdən uzaq olan məsələlərlə məşğul olan qüvvələrdir.  Ancaq Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar niyyətlərinə çata bilməyəcəklər. Ona görə ki, Azərbaycan həqiqətini bu gün tək biz deyil, bütün dünya görür”.

BŞGİBİ-nin rəisi əsassız qarayaxma kampaniyalarının I Avropa Oyunlarının ölkəmizdə yüksək şəkildə təşkil olunmasına heç bir təsiri olmayacağını bildirib: “50-dən çox ölkədə yayımlanacaq I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağını, keçirilmiş test yarışlarının nəticələri bir daha əyani şəkildə göstərir. Əminik ki, indiyə qədər ölkədə keçirilmiş yarışlar öncəsi zaman-zaman aparılan bu qarayaxma kampaniyası əvvəlkilər kimi Avropa Oyunları öncəsi də heç bir təsir qüvvəsinə malik olmaycaq. Bu isə bir daha Azərbaycan həqiqətini görmək istəməyən qüvvələrə böyük bir zərbə olacaq. Bununla bağlı Azərbaycan Milli Olimpiya Komitəsi bəyanat, Avropa Olimpiya Komitəsi açıqlamalar yayıb. Azərbaycanda olan, buraya gələcək idmançılar və mütəxəssislər də belə qarayaxmaların əsassız olduğunu, ölkəmizdəki işlərin, yaradılan şəriatin əyani şahidi olduqlarını bildirirlər. Beynəlxalq səviyyədə tanınmış simaların açıqlamaları belə qarayaxma kampaniyası aparanlara tutarlı cavabdır. “Bakı-2015” I Avropa Oyunları yüksək səviyyədə təşkil olunacaq və Azərbaycan dünyanın idman mərkəzlərindən biri olduğunu bir daha sübut edəcək”.

Elgün Vidadioğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir