Bakıda keçirilən reqbi-7 üzrə beynəlxalq turnirə yekun vuruldu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi ve İdman Akademiyasının stadionunda  Bakı şəhər Gənclər ve İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş reqbi üzrə beynəlxalq turnir keçirilib. Bu turnir ənənəvi olsa da, Azərbaycanda ilk dəfə olaraq uşaq ve yeniyetmələr arasında keçirilib. Yarışda Azərbaycan, Gürcüstan ve Rusiyani təmsil edən 7 komanda qüvvəsini sınayıb. Yekun nəticədə Gürcüstanın “Tsikara” komandası 1-ci, Rusiyanin “Dağıstan qartallari” komandası 2-ci, Bakının 132-134 saylı Təhsil Kompleksinin “Legion” komandasi isə 3-cü yerə layiq görülüb. Qalib komandalara Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir