Raqif Abbasov: “Azərbaycana qalibiyyət yaraşır” AÇIQLAMA

  “Avropa Olimpiya Komitəsinin toplantısında 38 ölkənin Azərbaycana öz səsini verməsi böyük uğurdur”. Bunu SİA-ya Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov deyib.

   İdarə rəisinin sözlərinə görə, hansı ölkədə oyunlar keşçiriləcəkdisə, Avropanın bu ölkə qarşısında beş əsas şərti qoyulmuşdu: “Birinci maliyyə resursları, ikinci infrastrukturun mövcudluğu, üçüncü idman göstəricilərinin davamiyyəti, ardıcıllığı, dinamikası, dördüncü insan resursları, beşincisi dövlətin dəstəyi və təminatı. Bu beş konsepsiyanı dəqiqliklə təhlil edərək, Avropa ölkələrinin mütləq əksəriyyətinin Azərbaycana səs verməsi artıq o demək idi ki, bundan sonra bu məsələlər ətrafında spekulyasilara yekun vuruldu. Azərbaycan dövlətinin müstəqilliyinin gənc olmasına baxmayaraq, gördüyü işlər on illiklərə bərabərdir. Bu baxımdan da qəbul olunmuş 20 idman növünün 16-sı olimpiya idman növü, 4-ü isə qeyri-olimpia idman növü oldu. Beləliklə də, qitə oyunlarının olimpiya oyunları ilə bağlılığı böyük idman bayramının mahiyyətini və çəkisini artırmış oldu. Azərbaycan bundan sonra daha böyük qələbələrə doğru gedəcək. Azərbaycana qalibiyyət yaraşır”.

Ceyhun Rasimoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir