Stritbol üzrə turnir keçirilmişdir

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1999-2001-ci və 2002-2004-cü  illər təvəllüdlü oğlanlar arasında stritbol üzrə turnir keçirilmişdir. Turnirin oyunları Səbail rayonu 91 nömrəli tam orta məktəbin idman meydançasında keçirilmişdir. Yarışda hər yaş qrupu üzrə 12 komanda tərkibində 72 nəfər iştirak etmişdir. 1999-2001-ci  il təvəllüdlü oğlanlar arasında yarışda I yeri Bayıl, II yeri Səbail, III yeri Qalib komandaları, 2002-2004-cü  il təvəllüdlü oğlanlar arasında yarışda I yeri Sahil, II yeri Bakı, III yeri Xudafərin komandaları tutmuşlar. Yarışın sonunda  qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə  təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir