İlk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları paylanmışdır

  Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2015-2016-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov  ilk növbədə bu il Bakı şəhərində məktəbə gedən bütün uşaqları salamlamış, onlara gələcək dərslərində müvəffəqiyyət arzulamışdır. Zamin Əhmədov çıxışında onu da bildirmişdir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi artıq 9 ildir ki, ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verilmiş və gələcəkdə də bu kimi tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır.  Sonda   ilk dəfə məktəbə gedən 150 nəfər uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir