Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Neftçi İKİB, Məhsul İC, AzDBTİA, Təhsil RİM, 5 saylı İOEUGİM, SMF-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Hacıyeva Aida (Məhsul İC), 2 km məsafədə I yerə Əmircanova Özləm (Təhsil RİM), 4 km məsafədə I yerə Əsgərova Aynur (5 №li İOEUGİM), 6 km məsafədə I yerə Novruzova Nailə (Təhsil RİM), kişilər arasında 2 km məsafədə I yerə Səyidov Rüstəm (Təhsil RİM),3 km məsafədə I yerə Rzayev Nail (Neftçi İKİB), 6 km məsafədə I yerə Aranoviç Andrey (Məhsul RİM), 10 km məsafədə I yerə Sadıqlı Tural (AzDBTİA), komanda hesabında isə I yerə Təhsil RİM, II yerə 5 saylı İOEUGİM, III yerə isə Məhsul İC  layıq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir