“Breyn-rinq” intellektual oyunu keçirildi.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında gənclərin vətənpərvərlik klubları arasında “Breyn-rinq” intellektual oyunu keçirildi.   Baş İdarə tərəfindən ənənəvi olaraq təşkil olunan tədbirdə baş idarənin rəis müavini Aydın Yusifov, rayon idarələrinin rəhbərləri və nümayəndələri, iştirakçı komandalar və gənclər iştirak etmişlər.

   Baş İdarənin rəis müavini A.Yusifov gənclərə tövsiyyələrini verərək, iştirakçılara uğurlar arzulayıb.

   Yarışda 11 rayonun komandası mübarizə aparmiş və I yerə Nərimanov rayon komandası, II yerə Yasamal rayon komandası, III yerə isə Sabinçu rayon komandası çıxmışdır.

  Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşünü genişləndirməkdən ibarətdir.

   Qalib komandalar Baş İdarə tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir