Boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

    Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən AzDBTİA-nın boks zalında  2001-2002-ci il təvəllüdlülər arasında  boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Zenit İC, Sədərək İK, Gilan İK, Rabitə İK, ROİL, Gömrükçü İSM, Gəncə, Qazax, Ağdam, Şirvan, 13№-li UGİM, Qəbələ İK və bir çox klub və cəmiyyətləri təmsil edən 189 idmançı 19 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 37 kq çəki dərəcəsində Zamanov Əli, 38,5 kq çəki dərəcəsində Cəfərzadə Eltac, 40 kq çəki dərəcəsində Xasmetov Maqsud, 41,5 kq çəki dərəcəsində Zeynalov Murad, 43 kq çəki dərəcəsində Əlizadə Azad, 44,5 kq çəki dərəcəsində Heydərov İbrahim, 46 kq çəki dərəcəsində Soltanov Elgün, 48 kq çəki dərəcəsində  Cəbizadə Elşən, 50 kq çəki dərəcəsində Babayev Famil, 52 kq çəki dərəcəsində İsmayılov Rüfət, 54 kq çəki dərəcəsində Novruzov Elmir, 56 kq çəki dərəcəsində Nəbiyev Rüfət, 59 kq çəki dərəcəsində Quliyev Mehman, 62 kq çəki dərəcəsində Səlimov Səlim, 65  kq çəki dərəcəsində Novruzov Əmri, 68 kq çəki dərəcəsində Məmmədli Elgün, 72 kq çəki dərəcəsində Rəhimli Ziya, 76 kq çəki dərəcəsində Xəlilov Nurlan, +76 kq çəki dərəcəsində  Səmədov Vüqar  I yerlərə layiq görülmüşlər.

    I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir