“BAKU OPEN – 2015” BEYNƏLXALQ ŞAHMAT FESTIVALININ “A” və “B” TURNİRLƏRİ KEÇİRİLMİŞDİR

 Xəzər dənizi sahilindəki, Novxanı qəsəbəsində yerləşən “AF HOTEL”də Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “BAKU OPEN — 2015” beynəlxalq şahmat festivalının “A” və “B” turnirləri keçirilmişdir. Yarışlar 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilmişdir. “A” turnirində 52 nəfər, “B” turnirində 147 nəfər iştirak etmişdir. Yarışlarda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, İran, Əfqanıstan, Avstriya, Belarus, Hindistan, Rusiya, Ukrayna və Venesuela idmançıları da təmsil olunmuşlar. “A” turnirində I yeri Qaem Mahami Ehsan (İran), II yeri Abbasov Nicat, III yeri Adhiban Başharan, “B” turnirində I yeri Zeynallı Rəşad, II yeri Həsənzadə Toğrul, III yeri Həsənov Şəhriyar tutmuşlar. Sonda qaliblər Azərbaycan Şahmat Federasiyası tərəfindən pul mükafatları və kubokla təltif olunmuşlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir