Kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına yekun vurulmuşdur.

    12-13 oktyabr 2015-ci il tarixdə  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Bakı İdman Sarayında kişilər və qadınlar arasında   cüdo üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli iştirak ediblər.

    Birincilikdə 219 nəfər idmançı  mübarizə aparıb. Nəticələrə görə kişilər arasında  60 kq çəki dərəcəsində I yerə Arif Şahlarov (Neftçi İKİB), II yerə Əvəz Gözəlov (Neftçi İKİB), III yerə Fərid Qardaşxanov (Neftçi İKİB), Tərlan Muradlı (Qəbələ İK) 66 kq çəki dərəcəsində I yerə  Elnur Əhmədov (DİN İC), II yerə Eşqin Məmmədov (Judo Club 2012), III yerə Kənan Quluzadə (UGİM-13), Famil Məmmədzadə (Neftçi İKİB), 73 kq çəki dərəcəsində I yerə Mustafayev Elvin (UGİM-13), 81kq çəki dərəcəsində I yerə Əhmədli Elvin (Judo Club 2012), 90 kq çəki dərəcəsində I yerə Allahverdiyev Fərid (Judo Club 2012), 100 kq çəki dərəcəsində I yerə Rəcəbli Murad (Judo Club 2012), +100 kq çəki dərəcəsində Allahverdiyev Fuad (Judo Club 2012), qadınlar arasında 52 kq çəki dərəcəsində I yerə Şəfəq Məmmədova (Neftçi İKİB), III yerə Günay Əmrahova (İppon İK), III yerə Nəzərova Gülşən (Neftçi İKİB), 57 kq çəki dərəcəsində I yerə  Günel Bəkirzadə (Lokomotiv İSM), II yerə Rəfiqə Mənsimova (UGİM-10), III yerə Səbinə Bəkirova (Neftçi İKİB), Nuriyyə Axundova (DİN İC), 63 kq çəki dərəcəsindəI yerə Nərgiz Hacıyeva (UGİM-13), II yerə Aidə Baxşıyeva (Neftçi İKİB), III yerə Leyla Şahin (UGİM-13), Fidan Hüseynova (Neftçi İKİB), 70 kq çəki dərəcəsində Validə Mirzəzadə (Neftçi İKİB), II yerə Lalə Gülbalayeva (UGİM-9), III yerə Nərgiz İbrahimova (Neftçi İKİB), 78 kq çəki dərəcəsində I yerə Günay Alməmmədova (Təhsil RİM-1), +78 kq çəki dərəcəsində I yerə Şəms Əhmədova (UGİM-10)   layiq görülmüşlər.

      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir