İlk dəfə səs verəcək gənclərlə görüş keçirildi

   Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verən gənclərin  fəal iştirakının təmin edilməsi məqsədilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rayon idarələri tərəfindən  gənclərlə görüş keçirilmişdir.

   Tədbirdə  BŞGİBİ-nin, Qaradağ RGİİ, Səbail RGİİ, Suraxanı RGİİ, Nəsimi RGİİ-nin əməkdaşları, həmçinin rayon icra hakimiyyətlərinin məsul əməkdaşları,  Mərkəzi Seçki Komitəsinin üzvləri,  rayon  ərazisində  fəaliyyət göstərən  Dairə  Seçki  Komissiyalarının  sədrləri,  habelə rayon ərazisində fəaliyyət göstərən  ali  və  orta  ixtisas  мəktəblərində  təhsil  alan  ilk  dəfə  səs  verəcək  gənclər  iştirak  etmişdir. Bundan  əlavə, toplantıya  ictimai təşkilatların, QHT-lərin  nümayəndələri  dəvət  olunmuşlar.

  Toplantıda “Azərbaycan Parlamenti tarixi”, “Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları”, “Vətəndaşların seçki hüquqları”, “Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu”, “Seçki günü səsvermə proseduru və qaydaları” mövzusunda məruzələr dinlənilmişdir.

    Sonda ilk dəfə səs verən gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylanmışdır.

Nəsimi RGİİ
Nəsimi RGİİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir