Ismayıllıda kross qaçışı üzrə respublika çempionatı keçirilib

İsmayıllı rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfndən ezam olunmuş Bakı komandası da bu yarışda iştirak edib. Ümumilikdə kross qaçışı üzrə Respublika çempionatında 6 komanda (Bakı, Sumqayıt, İsmayıllı,  Astara, Balakən, Gəncə) iştirak edib. Nəticələrə görə, qızlar arasında 1km- Əsədzadə Aynur (Sumqayıt), 2km-Babayeva Sevil (Bakı), 4km-Ağayeva Validə (Sumqayıt), 6 km-Aslanova Raidə (Bakı), kişilər arasında 10km- Pirverdiyev Zaman (Gəncə),  2km-Seyidov Rüstəm (Bakı), 3km-Rzayev Nail (Bakı), 6km-Aranoviç Andrey (Bakı), veteran idmançılar arasında 3km  Mahmudov Salman (Bakı), 6km Xəlilov Xəlil (XDMX),  10km Dadaşov Tapdıq (Sumqayıt) I yerlərə layiq görülmüşlər. Komanda hesabında Bakı I yeri, Sumqayıt II yeri, Gəncə III yeri tutmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir