QADINLAR VƏ KİŞİLƏR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPİONATI BAŞA ÇATDI

   Respublika Şahmat Mərkəzində qadınlar və kişilər arasında şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı. Qadınlar arasında yarışda 8 nəfər idmançı iştirak etmişdir. Dairəvi sistem üzrə keçirilən yarışda I yeri 6,5 xalla Məmmədova Aysel, II yeri 5,5 xalla Əhmədova Fatimə, III yeri 5 xalla İsmayılova Aysu tutmuşlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Yarışda birinci yeri tutan idmançı 2016-cı ilin yanvar ayında keçiriləcək qadınlar arasında respublika çempionatına vəsiqə qazanmışdır.

  Kişilər arasında yarışda 35 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilən yarışlar 9 turdan ibarət olmuşdur. Kişilər arasında yarışda I yeri 7,5 xalla Mustafayev Fərid, II yeri 6,5 xalla Mehtiyev Elnur, III yeri 6,5 xalla Feyziyev Mirmusa tutmuşlar. Kişilər arasında ilk 5 yeri tutan idmançı (IV yer – 6 xalla Feyzullayev Telman, V yer – 6 xalla Bağırov Ramiz) noyabr ayında keçiriləcək birinci dəstəyə vəsiqə qazanmışlar.

One thought on “QADINLAR VƏ KİŞİLƏR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPİONATI BAŞA ÇATDI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir