Baş İdarədə cüdo yarışı ilə bağlı iclas keçirilmişdir

28 oktyabr 2015-ci  il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin akt zalında 6 -8 noyabr 2015-ci il tarixdə  1999-2001-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinin keçirilməsi ilə bağlı iclas baş tutmuşdur. İclasda yarışın keçirilmə şərtləri ilə bağlı müzakirələr aparılmışdır. Birinciliyin yüksək səviyyədə keçirilməsi üçün respublika səviyyəli hakimlərin cəlb olunmasına qərar verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir