Spartakiadaya həsr olunmuş iclas keçirilmişdir

 Bu gün Baş İdarənin konfrans zalında 2015-2016-cı tədris ili müddətində məktəblilər arasında keçiriləcək XXVIII spartakiadaya həsr olunmuş iclas keçirilmişdir. Spartakiadanın baş hakimlər kollegiyasının, həmçinin rayon gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən yığıncaqda idman növləri üzrə yarışların keçirilmə müddəti, keçirilmə qaydaları müzakirə edilmiş, əməkdaşlar tərəfindən irəli sürülmüş təkliflərə baxılaraq müzakirə edilmiş, sonda şahmat və stolüstü tennis növləri üzrə yarışların püşk atması aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir