“Mənim bayrağım” mövzusunda keçirilən şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü” nə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.

   Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov,  Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Sərraf Oruc iştirak etmişlər.

   Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilb. Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev keçirilən tədbirə ev sahibliyi  etdiklərinə görə qürur hissi keçirdyini qeyd edərək  gənclərdə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz çıxışında bildirib ki, bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir, bu müsabiqədə iştirak edən gənclərin hər biri qalibdir və bu kimi müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və elmli gənclərin formalaşmasına zəmin yaradır.

   Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Dövlət Bayrağı gününün geniş qeyd edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxartmaq, yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının üzə çıxarılmasıdır.

   Daha sonra “Mənim bayrağım” mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı və şeir müsabiqəsinin mükafatlandırması keçirilmişdir.  Onu da qeyd  edək ki, müsabiqə Bakı şəhərinin 11 inzibati  rayonu arasında keçirilib. Rayon mərhələsində qalib olanlar Bakı mərhələsində iştirak ediblər. I, II və III yeri tutmuş və fərqlənmiş iştirakçılar Baş İdarə tərəfindən hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

İnşa yazı müsabiqəsinin qalibləri:

I yerRzayeva Fidan (Xətai rayonu 287 saylı tam orta məktəb)

II yer İsmayılova Natəvan (Nərimanov rayonu Ankara məktəbi)

III yer Cəfərova Fidan (Binəədi rayonu 115 saylı tam orta məktəb)

Şeir müsabiqəsinin qalibləri:

I yer Bağırzadə Zeynalabdin (Nizami rayonu 238 saylı tam orta məktəb)

II yer Əliyev Rauf (Nəsimi rayonu 42 saylı tam ortaməktəb)

III yer Cəfərova Nigar (Xəzər rayonu 322 saylı tam orta məktəb)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir