Baş İdarədən paytaxt sakinlərinə çağırış Həmrəylik nümayiş etdirək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt sakinlərinə çağırış edib. Çağırışda qeyd olunur ki, noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilməsi ilə bağlı sakinlər evlərində olan dövlət bayraqlarını eyvan və ya pəncərələrdən assınlar. Çağırışın məqsədi xalqımızın həmrəyliyini nümayiş etdirmək, dövlət bayrağımıza hörmət və etimadımızı göstərməkdir.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir