“ASAN Könüllülər” kuboku uğrunda ŞHK çempionatı keçirilmişdir

   8 noyabr   Şən və Hazırcavablar gününə təsadüf edən ali təhsil müəssisələrini təmsil edən 7 komanda arasında “ASAN Könüllülər” kuboku uğrunda ŞHK çempionatı keçirilmişdir. Çempionat Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Asan Könüllülər və ŞHK Liqasının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında  keçirilmişdir.

   İştirakçılar 4 mərhələ – salamlama, kapitanların yarışı, isinmə və video dublyaj üzrə qiymətləndiriliblər. “ASAN Könüllülər” klubu münsiflərin səsverməsi nəticəsində ən çox xal toplayib çempionatin qalibi olaraq  kuboku əldə etmişlər.

   Qeyd edək ki, çempionatın münsifləri BÇGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan ŞHK Liqasının rəhbəri Rəşad Əzizov, bəstəkar İsa Məlikov, teleaparıcı Emin Musəvi, “Parni iz Baku” komandasının üzvləri  Yana Nikitina və İlqar Nəbiyev olmuşlar.

  Azarkeşlərin böyük marağına səbəb olmuş maraqlı, məzmunlu ayrı -ayrı  səhnəciklər komandaların  xüsusi hazırlığının göstəricisi idi. Bu kimi layihələr gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual biliklərinin artırılması, ünsiyyət və istedadlarının üzə çıxarılması üçün çox vacibdir. Baş İdarə  bu kimi layihələrə gələcəkdə də dəstək verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir