Su polosu üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Su İdman Sarayında  su polosu üzrə 12 noyabr Konstitusiya gününə həsr olunmuş Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə MOİK, RYİUGİM AzDBTİA, HDQ, Bakı klubları ilə yanaşı Tbilisi şəhərinin “Burevestnik” komandasi da daxil olmaqla  8 komanda iştirak etmişdir. Yekun nəticələrə əsasən I yerə MOİK-I, II yerə RYİUGİM, III yeri isə “Burevestnik” komandaları tutmuşdur. Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir