Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi

  Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında 65-ci futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi  sektorunun müdiri Adil Ağayev, baş məsləhətçi Salman Əbdülov, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov, Bakı Kəndlər Futbol Federasiyasının sədri Vaqif Davudov və klubların baş məşqçiləri iştirak etmişlər.  Tədbirdə I dəstədə 2002 – 2003-ci il təvəllüdlü komandalar arasında I yerə “Vətən-1″ II yerə ”BİFM″, III yerə “Vətən-2″,2001-ci iı təvəllüdlü komandalar arasında I yerə “Vətən-1″, II yerə “RİOEUGİM”, III yerə  “Vətən-2 ″, 2000-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM″, II yerə “Vətən-1″, III yerə “RİOEUGİM”, 1999-cu il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM”, II yerə “BİFM”, III yerə ” Vətən-1″, klub hesabında isə   I yerə “BİFM-Vətən-1″ II yerə “RİOEUGİM″, III yerə “Vətən-2″ layiq görülmüş komandalar mükafatlandırılmışlar.

 II dəstədə isə 2002-2003-cü il təvəllüdlü komandalar arasında I yerəBinəqədi UGİM, II yerə Vətən-3, III yerə Zəngəzur, 2001-ci iı təvəllüdlü komandalar arasında  I yerə Vətən-3, II yerə Mehdiabad, III yerə Atəşgah, 2000-ci il təvəllüdlü komandalar arasında I yerə Atəşgah, II yerə Vətən-3, III yerə Təhsil, 1999-cı il təvəllüdlü komandalar arasında I yerəAtəşgah, II yerə Binəqədi UGİM, III yerə Təhsil, klub hesabında isə I yerə Atəşgah, II yerə Vətən-3, III yerə Binəqədi UGİM layiq görülmüş komandalar mükafatlandırılmışlar. Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir