Milli mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə imzaladığı tədbirlər planına əsasən Sabunçu rayonunda yerləşən  Bakı şəhər Sənaye və Pedaqoji Kollecinin konfrans zalında «Milli mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib.

  Görüşdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dinşünaslıq və ekspertiza şöbəsinin müdir müavini Cahandar Əlifzadə, baş məsləhətçi Mahir Qəniyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Sabunçu rayon İcra Hakimiyyətinin rəsmisi Məhəmməd Əsədov,  Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Sənaye və Pedaqoji Kollecinin direktoru Vidadi Orucov iştirak etmişlər.

 Tədbiri giriş sözü ilə açan Bakı şəhər Sənaye və Pedaqoji Kollecinin direktoru Vidadi Orucov mövzunun zəruriliyindən danışaraq bu cür görüşlərin  gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağılılığının qorunması və təbliği baxımından yüksək əhəmiyyətə malik olduğunu bildirmişdir.

  Sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dinşünaslıq və ekspertiza şöbəsinin müdir müavini Cahandar Əlifzadə və həmin şöbənin baş məsləhətçisi Mahir Qəniyev “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda məruzə ilə çıxış etdilər. Onlar çıxışlarında radikal –dini qruplaşmalar, onların dövlətçiliyə verə biləcəyi ziyan barəsində, Şərq ölkələrində radikal tendesiyaların ölkəmizin dini durumuna təsir imkanları, həmçinin milli kimliyin formalaşmasında milli- mənəvi dəyərlərin rolu barədə  məlumat verdilər.

 Daha sonra gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir