Rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir

   Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən Xəzər rayon Gənclər Evində 3 dekabr Beynəlxalq Əlillər günü ilə bağlı sağlamlıq imkanları məhdud olan uşaqlar arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Uşaqlar bu müsabiqədə çox həvəslə iştirak etmişlər. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Əhmədov Zamin, Xəzər RGİİ-nin rəisi Rzayev Əfqan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət komitəsinin nümayəndəsi və idarə əməkdaşları  iştirak etmişdir. Baş İdarənin gənclərlə iş sektorunun müdiri Əhmədov Zamin uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır. Müsabiqənın qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirmişlər.

   Onu da qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi  uşaqların  istedad və qabiliyyətlərinin üzə çıxarılaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq potensiallarının dəstəklənməsi və onların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir