TƏRBIYƏ MÜƏSSISƏSINDƏ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş mini-futbol oyunu keçirilmişdir. Yarışmada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə “Təhsil” RİM-in RİOEUGFM-nin yeniyetmələrdən ibarət futbol komandası qarşılaşmışlar. Tədbirin açılış mərasimində Tərbiyə Müəssisəsinin rəis müavini, ədliyyə mayoru Aydın Nəzərov, Tərbiyə işinin təşkili şöbəsinin rəisi, ədliyyə mayoru Mübariz Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın futbol növü üzrə koordinator-kuratoru Adil Ağayev, Baş İdarənin əməkdaşları Salman Əbdülov və Cəlil Əlizadə iştirakçıları bayram münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. Məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan, olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmada 11 – 5 hesabı ilə Tərbiyə Müəssisəsinin komandası qalib gəlmişdir. Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir