Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AAAF parkın agir atletika salonunda  Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə  beynəlxalq  turnir keçirilmişdir. Yarışda Azərbaycanla yanaşı, İran, Ukrayna, Bolqaristan və Moldovanın  idmançıalrı da mübarizə aparmışdır.

    Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqının sədr müavini Mübariz Süleymanlı, Zirvə Beynəlxalq İdman Klubunun təsisçisi və prezidenti Tofiq Heydərov iştirak etmişdir.

  Ağır atletika üzrə turnir üç yaş qrupu 13-14 yaş, 15-16 yaş və 17-18 yaşlarda, müvafiq beynəlxalq qaydalar üzrə keçirilib və şəxsi birincilik xarakteri daşıyaraq, qaliblər hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşmişdir.

  Nəticələrə görə 13-14 yaş qrupu arasında I yerə Əliyev Fuqan (Zirvə Lerik), II yerə Hüseynov Elməddin (Zirvə Şamaxı), III yerə Bayramlı Ümidvar, 15-16 yaç qrupu arasında I yerə Sultanlı Hossein (İran), II yerə Əzizi Əmir (İran), III yerə Anici Viktor (Moldova), 17-18 yaş qrupu üzrə isə I yerə Obuxov İqor (Ukrayna), II yerə Alıquliyev Kənan (Zirvə Lənkəran), III yerə Məmmədli Məhəmməd (İsmayıllı) layiq görülmüşlər.

   Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və medallarla təltif olunmuşlar.

  Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir