Baş İdarə uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Rəşid Behbudov adına Mahni Teatrında aztəminatlı ailələrin uşaqlarına, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi Yeni il şənliyi təşkil edib.

  Tədbir zamanı uşaqlar üçün milli və müasir rəqslər,illuziya şousu,rəngarəng çıxışlar ,digər sürprizlər təşkil olunub. Geniş konsert proqramı ilə davam etdirilən şənliyin sonunda uşaqlara “Maşa və Ayı” tamaşası göstərildi və uşaqlara bayram hədiyyəsi paylanıldı.

   İki gün davam edən bayram şənliyində 400-dən çox uşaq və məktəbli iştirak edib.

IMAG1519

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir